Ulduz futbolçunu terrorçu zənn etdilər

11:17 20 Noyabr 2015

"Roma"nın və Belçika millisinin futbolçusu Radya Nainqqolan ölkəsində xoşagəlməz vəziyyətlə üzləşib. Sportarena.az xəbər verir ki, otellərin birində istirahət edən 27 yaşlı futbolçu müştərilərdən biri tərəfindən terrorçu zənn edilib.

 

Futbolçunun görkəmindən şübhələnən otelin müştərisi bu barədə polisi məlumatlandırıb. Dərhal hərəkətə keçən Belçika polisi qarşılarında Belçika yığmasının üzvünü gördükdə təəccübləniblər. Vəziyyət şikayətçi müştəriyə anladılıb. Nainqolan da yaşanan hadisəni anlayışla qarşılayıb və polislərlə şəkil də çəkdirib.

 

Qeyd edək ki, ailəsi indoneziyalı olan Nainqolan Belçikada doğulub, ancaq İtaliyada böyüyüb. Futbolçu hazırda Belçika yığmasının şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti