Cüdoçularımızdan möhtəşəm start: İlk gündə 2 qızıl medal

15:47 20 Noyabr 2015

Çinin Tsindao şəhərində cüdo üzrə Qran Priyə start verilib. Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 2 qızıl medal qazanıb.

 

60 kq çəki dərəcəsində yer alan İlqar Müşkiyev əvvəlcə bolqarıstanlı Yanislav Gerçev, ardından rusiyalı Dmtri Kulikov, 1/4 finalda azərbaycanlı Orxan Səfərov, yarımfinalda qazaxıstanlı Aybek İmaşevi yenərək, finala yüksəlib. Həlledici qarşılaşmada o, hollandiyalı Yeroen Mureni məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səfərov isə 7-ci yerlə kifayətlənib.

 

66 kq çəkidəki Nicat Şıxəlizadə isə ardıcıl olaraq, monqolustanlı Batgerel Battsetseq, almaniyalı Rene Şneyder və yaponiyalı Kenqo Takayçini üstələdikdən sonra finala adlayıb. Son qarşılaşmasında isə təcrübəli cüdoçu daha bir monqolustanlı Tumurxuleq Davadorju yenərək, Qran Prinin qalibi olub.

 

Qeyd edək ki, həftəsonu daha 8 cüdoçu - Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti