Luis Enrike: "Unudulmaz oyun oldu"

11:51 22 Noyabr 2015

"Barselona"nın baş məşqçisi Luis Enrike "El Klasiko"da "Real" üzərində qazanılan qələbəni şərh edib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəsis qarşılaşmanın bu hesabla bitməsində "Real"ın zəif oyunu deyil, komandasının gücünü həlledici hesab edib.
"Təkcə qalibiyyətdən deyil, komandamın oyunundan da razı qaldım. Biz daha üstün tərəf idik. Nə istədiyimizi bilirdik və bunu əldə etdik. Oyunu meydanın rəqibə aid hissəsinə keçirdik və bir sıra qol imkanları yaratdıq. Həm hücum, həm də müdafiədə effektiv təsir bağışladıq.

"Real" sona qədər təslim olmadı. Fikrimcə, nəticə onların zəif çıxışından çox bizim xidmətimizlə bağlı idi. "Santiago Bernabeu"da qalib gəlmək önəmlidir. Çünki burda qazanılan uğur azarkeşlərimizə böyük sevinc bəxş edir. Unudulmaz oyun oldu."

 


Xəbər xətti