"Qarabağ" - "Tottenhem" oyununun biletləri satışda

11:47 23 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının biletləri bu gün satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər biletləri qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından ala bilərlər.

 

Biletlər nömrəli sektorlar üzrə qiyməti 1 AZN-dən 20 AZN-ə qədər , VİP üçün isə 50 AZN-dir.

 

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" oyunu noyabrın 26-ı saat 22:00-da başlayacaq.


Xəbər xətti