Eddi İsrafilov baxdı, komandası xal itirdi

12:39 23 Noyabr 2015

Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" La Liqanın XII turunda növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda səfərdə "Vilyarreal" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

İsrafilov oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Xəbər xətti