"Neftçi İdman Klubu" liderliyə yüksəldi

17:20 23 Noyabr 2015

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında IX turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, bu tur çərçivəsində "Neftçi İdman Klubu" "Qarabağ veteranları"nı qəbul edib.

 

Oyunda aşkar üstünlüyü ilə seçilən evsahibi komanda rəqibini 7:3 hesabı ilə məğlub edib. Bununla da xallarının sayını 24-ə çatdıran "Neftçi İdman Klubu" turnir cədvəlində liderliyə yüksəlib.


Xəbər xətti