Avropa çempionatında fiasko

17:07 23 Noyabr 2015

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatının son turu keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları da yarışı yekunlaşdırıblar.

 

Aleksandr Xalifmanın kapitanlıq etdiyi kişi millimiz Almaniya ilə oynayıb. Matç bərabərliklə başa çatıb. Bu nəticədən sonra millimiz topladığı 11 xalla çempionatı 7-ci sırada başa vurub. Qitənin ən güclüsü isə 15 xal toplayan Rusiya millisi olub. 13 xalla Ermənistan ikinci, Macarıstan isə 3-cü yeri tutub.

 

Qadınlar yığmamız isə son turda İngiltərəyə qalib gəlib. 9 xal toplayan Fikrət Sideyifzadənin komandası turniri 16-cı sırada bitirib.

 

Avropa çempionatı

22 noyabr

 

Kişilər

Almaniya - Azərbaycan - 2:2

 

Liv-Diter Nispiyanu - Şəhriyar Məmmədyarov - 0:1

Georg Mayer - Teymur Rəcəbov - 0.5:0.5

Daniel Fridman - Rauf Məmmədov - 0.5:0.5

Rayner Buxman - Eltac Səfərli - 1:0

 

Qadınlar

Azərbaycan - İngiltərə - 3.5:0.5

 

Zeynəb Məmmədyarova - Yovanka Huska - 0.5:0.5

Gülnar Məmmədova - Danye Kuksit - 1:0

Nərmin Kazımova - Zivil Sarakauskin - 1:0

Ülviyyə Fətəliyeva - Kanval Batiya - 1:0


Digər xəbərlər

Xəbər xətti