"Qarabağ"ın oyununu idarə edən hakim PAOK - "Qəbələ" matçında

17:47 23 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək PAOK - "Qəbələ" matçına təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, Yunanıstanda keçiriləcək oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

 

Xatırladaq ki, Yakob Kehletin başçılıq etdiyi hakimlər briqadası daha öncə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Monako" - "Qarabağ" oyununu idarə edib. Həmin görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Baş hakim: Jakob Kehlet
Köməkçi hakimlər: Henrik Larsen, Lars Riks
Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyasqaard-Andersen
Dördüncü hakim: Lars Hummelgaard


Digər xəbərlər

Xəbər xətti