Fransalı azarkeşlərdən türkiyəlilərə mesaj: "Türkiyəli azarkeşlər "Avro- 2016"ya xoş gəlməyəcək"

23:31 23 Noyabr 2015

 Fransanın paytaxtı Parisdə bir qrup futbol azarkeşi türkiyəli tərəfdarlara mesaj göndərib.
Sportarena.az xəbər verir ki, ölkə çempionatında "Loryen" və PSJ komandaları arasında keçirilmiş oyundan öncə fransalı azarkeşlər "Türkiyəli azarkeşlər AVRO-2016-ya xoş gəlməyəcək" yazılmış pankart açıblar.
Fransalı azarkeşlərin bu addımı Yunanıstan və Türkiyə komandaları arasında keçirilmiş yoldaşlıq görüşü ilə əlaqədardır. Noyabrın 17-də baş tutmuş görüşdə Parisdə baş verən terrorda ölənlərin xatirəsinə birdəqiqəlik sükut elan olunub. Bu anda türkiyəli azarkeşlər sükutu pozub.
Qeyd edək ki, Türkiyə yığması Fransada keçiriləcək AVRO-2016-ya vəsiqə qazanıb.(report)


Xəbər xətti