İK hakimləri təhqir edən futbolçunu cəzalandırdı

13:08 24 Noyabr 2015

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

 
I Divizionun X turunun “Ağsu” – “Göyəzən” matçının 35-ci dəqiqəsində “Ağsu” klubunun 17 №-li futbolçusu Malik Babayev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
 
I Divizionun X turunun “Mil-Muğan” – “Bakı” matçında “Mil-Muğan” klubunun 4, “Bakı”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Elmin Əsgərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən azərkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
Oyunun 89-cu dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.    
 
I Divizionun X turunun MOİK – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.


Xəbər xətti