Öncə Qurban Qurbanov, sonra Maurisio Poçettino

14:35 24 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Tottenham" qarşılaşmasından öncə  keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.
 
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov və bir futbolçu 17:30-da "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq. "Tottenhem"in baş məşqçisi isə 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq
 
"Qarabağ"ın açıq məşqi 18:00-da Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 
 
"Qarabağ":
Mətbuat konfransı  -  17:30 ("Azərsun Arena"nın mətbuat zalı)
Məşq – 18:00 – ("Azərsun Arena"nın məşq meydançası)

 
"Tottenham":
Mətbuat konfransı  -  21:30 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 22:00 (T. Bəhramov adına Respublika stadionu)


Xəbər xətti