"Bizi "Qarabağ"la çətin oyun gözləyir"

01:03 25 Noyabr 2015

Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Tottenhem"in kapitanı Huqo Lloris matç barədə danışıb.

Sportarena.az xəbər verir ki,  təcrübəli fransız qapıçı bu fikirləri səsləndirib:
 
"Bizi "Qarabağ"la çətin oyun gözləyir. Diqqət yetirsək görərik ki, "Qarabağ" doğma meydanında "Anderlext"i məğlub edib və "Monako"ya məğlub olmayıb. Buna baxmayaraq, biz səfərdə qalib gəlməyə çalışacağıq. Qrupa nəzər yetirdikdə görürük ki, hər bir komandanın şansları var. "Qarabağ"ı məğlub edib, növbəti mərhələni təmin etmək istəyirik".


Digər xəbərlər

Xəbər xətti