"Tottenhem" əsas futbolçularını Bakıya gətirmədi

17:27 25 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Tottenhem" Bakıya yola düşüb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Poçettino Bakıya gətirilən siyahıya 7 əsas futbolçunu daxil etməyib. Bunlar Mussa Dembele, Deni Rouz, Kayl Uolker, Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard və Erik Lameladır.

 

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı sabah saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti