Qara Qarayev iddialı danışdı

18:16 25 Noyabr 2015

"Komanda olaraq sabahkı oyuna hazırıq. İstəyirik ki, ev oyunumuzda qələbə qazanaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib. Avropa Liqasının qrup mərhələsində sabah "Tottenhem"lə qarşılaşacaqları oyun üçün təşkil olunan mətbuat konfransında danışan futbolçu matçla bağlı fikirlərini açıqlayıb:

 

Rəqibin səfərdə çıxış etməsini onlata hiss etdirəcəyik və Bakıda oynamağın çətin olduğunu sübut edəcəyik. Qazanacağımız üç xal bizim üçün çox vacibdir. Oyunun mahiyyətini də yaxşı dərk edirik. Əlimizdən gələni edəcəyik ki, Belçikaya yaxşı nəticə ilə yollanaq”.


Digər xəbərlər

Xəbər xətti