Van Persi getmək istəmir: "Karyeramı “Fənərbaxça”ya həsr etmək istəyirəm”

22:02 25 Noyabr 2015

“Fənərbaxça” futbol klubunun hücumçusu Robin van Persi qış transferində komandasını dəyişmək niyyətində deyil.

Bir müddət əvvəl mətbuatda “Çelsi” və “Barselona” klublarının hollandiyalı forvardla maraqlanması barədə xəbərlər yer almışdı. Van Persi isə yayılan şayiələri təqzib edib:

“Mətbuatda “Çelsi” və “Barselona”ya keçməyim haqda söhbətlər dolaşır. Açıq deyə bilərəm ki, təklif almamışam. Hazırda karyeramı “Fənərbaxça”ya həsr etmək istəyirəm”.

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm Türkiyə Super Liqasında oynadığı 19 matçda 9 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti