Arda Turandan xeyirxah addım

10:00 26 Noyabr 2015

“Barselona”nın və Türkiyə millisinin futbolçusu Arda Turanın daha bir təqdirəlayiq hərəkəti ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, futbolçu Bakırköy Qadın həbsxanasında yerləşən Ədalət məktəbinin uşaqlarının 1 ildən artıqdır ki, günorta yeməyinin xərclərini öz üstünə götürüb.

 

Həmin cəzaçəkmə müəssisəsində 225-i əcnəbi olmaqla 881 qadın cəza çəkir. Ədalət məktəbində isə 2-6 yaş arası 35 uşaq var.


Xəbər xətti