"Borussiya" əsas oyunçularını Krasnodara niyə aparmayıb?

13:10 26 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində bu gün "Krasnodar"la qarşılaşacaq "Borussiya" bəzi aparıcı oyunçularını Rusiyaya aparmayıb. Sportarena.az xəbər verir ki, bu barədə Dortmund klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:

 

"Pak millinin düşərgəsindən pis vəziyyətdə qayıdıb. Buna görə də onu Dortmunda saxlamağa qərar verdim. Roys "Hamburq"la oyundan sonra bərpa olunmayıb. Bu futbolçuları riskə atmaq istəmirik. Obameyanqın əzələsində kiçik problem var. Kaqavanı əvvəlki səbəbə görə gətirmədik. Bir az nəfəs almalıdı".

 

Ancaq Tuhel bu itkilərə baxmayaraq, qələbə qazanmaq istədiklərini vurğulayıb: "Bunu qeyd etməliyəm ki, oyuna çox ciddi yanaşırıq. İlk pilləni tutub, "pley-off"a çıxmaq istəyirik. Dortmunda qalan futbolçular bura gələnlərlə müqayisədə yaxşı vəziyyətdə deyillər. Qələbə üçün oynayacağıq. Yaxşı oyun keçirmək bizim üçün çox vacibdi. "Krasnodar"a böyük hörmətlə yanaşırıq. Qalib gəlmək üçün meydanda çox iş görməliyik".


Xəbər xətti