"Tottenhem"in "qol silahı" "Qarabağ"a qarşı oynamaya bilər

13:37 26 Noyabr 2015

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyununda komandasının daha bir aparıcı üzvünə istirahət verə bilər. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, söhbət komandanın liderlərindən hesab olunan hücumçu Harri Keyndən gedir.

 

Məsələ burasındadır ki, İngiltərə yığmasının da şərəfini qoruyan futbolçu son dövrlər bütün görüşlərdə 90 dəqiqə meydanda olub. Bu üzdən də baş məşqçi onu böyük ehtimalla Bakıdakı görüşdə tam oynatmayacaq. O, ya start heyətdə meydana çıxıb, sonradan əvəzlənəcək, ya da ikinci yarıda meydana buraxılacaq. Keynin ümumiyyətlə oynamaması da istisna edilmir.

 

Baş məşqçi özü İngiltərə mətbuatına açıqlamasında Keynlə bağlı bunları söyləyib: "Keynin oynayıb-oynamayacağına matç günü qərar verəcəyik".


Xəbər xətti