Cüdoçularımız Qran-Priyə medalla başladı

14:33 26 Noyabr 2015

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının ilk günü Azərbaycan üçün uğurlu olub.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Orxan Səfərovun turnirin bürünc medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-Priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb. Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Cüdoçularımızın duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda monqol təmsilçisi Boldbatar Hanbata uduzan idmançımız bürünc medal uğrunda döyüşdə Venesuela təmsilçisi Havyer Quedsə qalib gəlib.

 

Mükiyev isə təsəlliverici görüşdə Braziliya cüdoçusu Erik Takabataka məğlub olub.

 

Digər təmsilçimiz, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə ikinci turdan, Belçika idmançısı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. 1/4 finalda Qazaxıstan təmsilçisi Azamat Mukanova qarşı görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da ciddi zədələnib. Görüşü zədəli olaraq davam etdirən Nicat yarımfinala çıxa bilməyib. Buna görə də, cüdoçumuz təsəlliverici görüşdə də qatılmayıb.


Xəbər xətti