Birinci divizion: "Bakı" xal itirdi, "Turan Tovuz"dan darmadağın

19:14 26 Noyabr 2015

Azərbaycan çempionatının I divizionunda XI tura start verilib. Sportarena.az xəbər verir ki, bu gün turun 3 görüşü keçirilib. Qarşılaşmalarda qeydə alınan nəticələri təqdim edirik.

 

“Neftçala” - “Şahdağ” - 4:0

Qollar: Aqşin Həşimov, 25 (pen.); Elnur Mustafazadə, 39, 69; Elvin Adışirinli, 56

 

“Göyəzən” – “Bakı” – 0:0

 

“Energetik” – “Turan Tovuz” - 0:4

Qollar: Vüsal Qarayev, 6, 45+2; Tuqay Alhüseynli, 28; Elsevər Əliyev, 52

 

Qeyd edək ki, saat 20:30-da “Şərurspor” “Ağsu”nu qəbul edəcək. Turun digər görüşləri isə sabah oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti