"Xəzər Lənkəran"da dağılmaq təhlükəsi: təcrübəli futbolçular komandanı tərk edir

00:01 28 Noyabr 2015

Dövrələrarası fasiləyə təxminən 1 ay qalmış “Xəzər Lənkəran” müdafiəçi Rasim Ramaldanovla yollarını ayırıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
 
Onun sabah Topaz Premyer Liqasının XIV turunda “Zirə” ilə səfər matçında forma geyinməyəcəyi dəqiqləşib.
 
Ramaldanovdan başqa, daha 4 futbolçu da “ağ-yaşıllar”la vidalaşa bilər. Böyük ehtimalla, “Xəzər Lənkəran”ın əfsanəsi Rahid Əmirquliyev və Tural Cəlilov qış fasiləsindən sonra başqa komandanın şərəfini qoruyacaqlar.
 
Legionerlərdən isə malili Sadio Tounkara və rumıniyalı müdafiəçi Adrian Skarlatake də komandadan ayrılmaq qərarına gəlib.

Apasport.az


Digər xəbərlər

Xəbər xətti