Kamran Ağayev 3 qol buraxdı, komandası məğlub oldu

01:08 28 Noyabr 2015

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfi qoruduğu "Karşıyaka” Türkiyə PTT I Liqasında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, "Karşıyaka" öz meydanında "Dənizlispor”la qarşılaşıb.
Qarşılaşma qonaqların 3-1 hesablı qələbəsi ilə başa çatıb. Kamran Ağayev sözügedən matçda start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb.
Bu məğlubiyyətdən sonra "Karşıyaka” xallarının sayını 12-ə çatdırıb və turnir cədvəlində18 komanda arasında 15-ci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti