Poqba "Yuventus"dan gedir?

13:08 28 Noyabr 2015

“Yuventus”un 22 yaşlı ulduz futbolçusu Paul Poqba sezonun sonunda komandadan ayrılacağı açıqlandı.
Sportarena.az xəbər verir ki, adı “Barselona” və Mançester Siti” klubları ilə hallanan futbolçunun meneceri Mino Raiola “Poqba ürəyinin səsi ilə hərəkət edən adamdır. Bu an sadəcə “Yuventus”u fikirləşir. Qış transfer pəncərəsində ayrılmayacağını deyə bilərəm, amma sezon sonunda ayrılacağı mütləqdir.” deyə bildirib.
Qeyd edək ki, fransalı futbolçu bu sezon “Yuventus” forması ilə çıxdığı 18 rəsmi matçda 2 qol və 3 asistlik edib.

 


Digər xəbərlər

Xəbər xətti