"Neftçi" – "Qarabağ" oyunundan əvvəl əyləncəli müsabiqələr

14:44 28 Noyabr 2015

Sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçından öncə azarkeşlər penalti yarışmasında və əyləncəli virtual penalti müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar. Sportarena.az xəbər verir ki, penalti yarışmasında zərbələri dəqiq yerinə yetirməklə ən çox xal yığan azarkeşimiz “Neftçi”nin orijinal formasını qazanacaq. Qalibə hədiyyə “Neftçi”-“Qarabağ” matçının fasiləsində təqdim ediləcək.

 

İlk belə müsabiqə 08.11.2015-ci il tarixdə “Neftçi”-“Rəvan” matçından öncə keçirilmiş və Taleh Sultan adlı iştirakçı yarışın qalibi olmuşdu. Virtual penalti müsabiqəsi isə daha çox əyləncə xarakteri daşıyır. Burada iştirakçılar oyuna qədər olan asudə vaxtlarını səmərəli keçirmək şansı əldə edəcəklər. İştirak edin və qalib olun!!!


Xəbər xətti