Daha bir cüdoçumuz fəxri kürsüdə

15:05 28 Noyabr 2015

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub.

 

Sportarena.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala qədər pakistalı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib. Yarımfinalda kubalı Joze Armentorosa uduzan Qasımov bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini “ippon” - təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-Prisinin bürünc medalı qazanıb.

 

Bu çəkidə ölkəmiz təmsil edən Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub.

 

Qran-Prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz - Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

 

Beləliklə Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-Prini üçüncü yerdə başa vurublar.


Digər xəbərlər

Xəbər xətti