Adil Şükürovun qələbə şərhi

19:30 28 Noyabr 2015

Topaz Premyer Liqasının XIV turunda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edən "Zirə" 3-cü pilləyə yüksəlib. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Adil Şükürov oyunla bağlı bunları söyləyib:

 

"Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. "Rəvan"a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq". 


Xəbər xətti