"Hər şeyə rəhbərliklə görüşdən sonra aydınlıq gələcək" - "Xəzər Lənkəran"ın futbolçusu

19:44 28 Noyabr 2015

Topaz Premyer Liqasının XIV turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verən "Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə Sportarena.az saytının da suallarını cavablandırıb:

 

- Oyun haqda fikirlərini bildirərdin...

- Oyundan xalla ayrılmaq istəyirdik. Çətinliklərin qarşısında çətin səfər matçında məğlub olmaq istəmirdik. Düzü, bu oyunda öz səhvimizdən uduzduq. Çox çalışdıq. Təəssüf ki, məğlub olduq.

 

- Hakim sənə qırımızı vərəqə göstərdi. Həmin epizodla bağlı nə deyə bilərsən?

- Belə olmaz. Artıq ikinci dəfədir ki, qırmızı vərəqə ilə cəzalanıram. Həmin epizodda hakim mənim rəqibə dirsəklə zərbə vurduğumu bildirdi. Halbuki mən günahkar deyildim.

 

- Dünən komandadaxili iclasda nələr müzakirə olunub?

- Bu haqda heç nə bilmirəm. İclasda nələrin olub-olmadığını rəhbərlik deyə bilər. Sadəcə, bizə deyildi ki, bugünkü oyunda layiqli mübarizə aparın. Biz də əlimizdən gələni etdik. Fikrimcə, yaxşı oynadıq.

 

- Söz-söhbət yayılır ki, əsas futbolçular komandadan ayrılacaqlar…

- Bunu zaman göstərəcək. Bu haqda tam dəqiq nəsə söyləmək çətindi. Düzdü, elə söhbətlər var. Rasim Ramaldanov da komandadan ayrılıb. Rahid Əmirquliyev artıq neçə illərdir ki, burdadı. Hər şeyə rəhbərliklə görüşdən sonar aydınlıq gələcək.

 

- Bəs, sənin öz karyeranla bağlı fikrin nədir? Təklif gəlsə gedəcəksən, yoxsa “Xəzər Lənkəran”da qalacaqsan?

- Mən bu səviyyəyə “Xəzər Lənkəran”ın sayəsində gəlmişəm. Artıq milliyə də çağırılmışdım. İnşallah komandamda qalacam. Biz - yerli futbolçular komandada qalmalıyıq. Sağolsun oyunçular da dəstək olurlar.

 

- Bəs, maliyyə durumu haqda nə deyirlər? Düzəlmək ehtimalı var?

- Deyilib ki, yanvardan sonra düzələcək. Biz də səbr edib gözləyirik.

 

- Komandanın futbolçulara nə qədər borcu var?

- 2 ay maaşımızı veriblər. 3-4 ay qalıb. Deyilib ki, veriləcək. Bütün koamandalarda maliyyə problemləri var. İnşallah, yaxşı olacaq.


Digər xəbərlər

Xəbər xətti