Paralimpiyaçı cüdoçularımızın Avropa çempionatında möhtəşəm qələbəsi

11:31 29 Noyabr 2015

Azərbaycanın paralimpiyaçı cüdoçuları Portuqaliyanın Odivellas şəhərində keçirilən açıq Avropa çempionatında möhtəşəm qələbə qazanıblar.

“Rio-2016” Paralimpiya Oyunlarına reytinq xalı verən sonuncu yarış olan çempionatda komandamız 3-ü qızıl, 3-ü gümüş və 2-si bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Qızıl medalları komandamıza İlham Zəkiyev (+100), Ramil Qasımov (73 kq) və Bayram Mustafayev (66 kq) qazandırıblar. Səbinə Abdullayeva (57 kq), Rövşən Səfərov (81 kq) və Ramin İbrahimov (60 kq) çempionatda gümüş medalla kifayətlənməli olublar. Afaq Sultanova (63 kq) və Kənan Abdullaxanlı (100 kq) isə bürünc medallara layiq görülüblər.

İlham Zəkiyev karyerasında altıncı dəfə Avropa çempionu adını qazanıb. 


Xəbər xətti