"Qarabağ"ın rəqibləri ciddi sınaq qarşısında

14:25 29 Noyabr 2015

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Monako", "Tottenhem" və "Anderlext" bu gün ölkə çempionatlarında növbəti matçlarına çıxacaqlar.
 

Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XIV turu çərçivəsində "Tottenhem" doğma meydanda "Çelsi" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 

Fransa 1-ci liqasında XV tur çərçivəsində "Monako" səfərdə "Marsel"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. "Anderlext" isə Belçika çempionatının XVII turu çərçivəsində doğma meydanda "Leuven"i qəbul edəcək. Bu qarşılaşma isə Bakə vaxtı ilə saat 17:30-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti