"Xəzər Lənkəran" "Kəpəz" üçün toplanır

12:12 30 Noyabr 2015

Premyer Liqanın XIV turunun "Zirə" ilə oyunundan sonra sərbəst buraxılan "Xəzər Lənkəran"da istirahət başa çatıb.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün Lənkəranda toplanacaq. "Ağ-yaşıllar" saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

 

İki günlük hazırlıqdan sonra "Xəzər Lənkəran" Azərbaycan kubokunun 1/8 final mərhələsi (biroyunluq) çərçivəsində dekabrın 2-də doğma şəhərdə "Kəpəz"i qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti