Azərbaycanlı futbolçu yenə lazım olmadı

14:23 30 Noyabr 2015

Almaniyanın Şimal-Şərq Regional Liqasında XVI turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Germaniya Halberştadt" klubu səfərdə "Auerbax"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Rüfətin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti