"Qarabağ"ın rəqibindən ulduz futbolçuya yeni təklif

13:57 30 Noyabr 2015

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Tottenhem" Hari Keyni buraxmaq istəmir. Sportarena.az xəbər verir ki, bu səbəbdən London klubu 22 yaşlı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır.

 

Bu ilin fevralında "Tottenhem"lə 5,5 illik müqavilə imzalayan Keyn həftəsinə 35 min avro qazanır. Komanda ilə müqavilə yeniləcəyi təqdirdə rəhbərlik onun maaşını daha da artıracağını bildirib.

 

Qeyd edək ki, cari mövsüm "Tottenhem"in heyətində 13 oyuna çıxan Keyn 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti