"Qarabağ" "Şəmkir"lə oyunun hazırlıqlarına başladı

15:57 30 Noyabr 2015

Məlum olduğu kimi, "Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şəmkir" qəbul edəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu qarşılaşma üçün bu gündən etibarən bazasında məşqlərə başlayıb.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bu matçı 2 dekabr, saat 18:00-da "Azərsun Arena"da baş tutacaq.


Xəbər xətti