"Sumqayıt"ın baş məşqçisi istefaya göndərildi

16:37 30 Noyabr 2015

"Sumqayıt" əvəzedici komandanın baş məşqçisi İlham Yadullayevlə yollarını ayırmaq qərarına gəlib. Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, B komandanın yeni baş məşqçisi məsələsinə isə yaxın vaxtlarda aydınlıq gələcək.


Qeyd edək ki, Yadullayev ötən ay Samir Abasovun əsas komandaya baş məşqçi keçməsindən sonra əvəzedici heyətə gətirilmişdi.


Xəbər xətti