"Qarabağ"ın rəqibi Bakıya gəlir

17:57 30 Noyabr 2015

"Şəmkir" Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Qarabağ"la oynayacağı matçın hazırlığını Şəmkir Olimpiya İdman Kompleksində keçirdiyi məşqlə yekunlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, oyuna bir gün əvvəl gedəcək olan komanda oyunöncəsi son məşqinə sabah axşam saatlarında görüşün baş tutacağı Suraxanı qəsəbəsindəki "Azərsun Arena"da çıxacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Şəmkir" matçı dekabrın 2-si saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti