Levandovski "Ginnesin rekordlar kitabı"na düşdü

22:40 30 Noyabr 2015

“Bavariya”nın futbolçusu Robert Levandovski "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb.
Sportarena.az xəbər verir ki, 2 ay əvvəl “Volfsburq”a qarşı keçirilən matçda 9 dəqiqəyə 5 qol vuran Levandovskiyə ən sürətli het-trik, ən sürətli 4 qol, ən sürətli 5 qol və sonradan oyuna girərək ən çox qol vuran oyunçu rekordunu qırdığı üçün Ginnes dünya rekordu sertifikatı verilib.
Qeyd edək ki, sözügedən matçda “Bavariya” öz meydanında “Volfsburq”u 5-1 hesabı ilə məğlub etmişdir.

 


Xəbər xətti