Millimizin üzvü baxdı, komandası məğlub oldu

10:00 1 Dekabr 2015

Almaniya II Bundesliqasında 16-cı tura yekun vurulub. Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıхış etdiyi "Karlsrue” evdə "Leypzig"lə qarşılaşıb.

 

Matçın taleyini bir qol həll edib. Görüşün 69-cu dəqiqəsində fərqlənən qonaqlar meydandan minimal hesablı qələbə ilə ayrılıb. Nazarov ötən oyun qırmızı vərəqə ilə cəzalandırıldığı üçün bu matçda iştirak etməyib.

 

Qeyd edək ki, "Karlsrue” 19 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


Xəbər xətti