"Mesut Özil gec də olsa, hər kəsin əsl simasını gördü" - Sevgilisi

10:52 1 Dekabr 2015

Türkiyə və dünya gözəli Amine Gülşe tənqidə məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, Mesut Özillə sevgili olduğu iddiaları yayılan, lakin az sonra belə bir şeyin olmadığı aydınlaşınca model depressiyaya düşüb. M.Özil keçmiş sevgilisi Mendi Kapristoyla barışdığını elan edəndən sonra Aminenin yalanları ortaya çıxıb.

 

Bu günlərdə isə Mendi türk modeli əsəbiləşdirəcək sözlər deyib:

 

"Mesut çox yaxşı insandır. Qadınların şöhrət üçün ondan istifadə etməyə çalışdığını heç vaxt anlamır. Məndən ayrıldığı qısa müddət içərisində də adı belə insanlarla bir yerdə çəkildi. Mesut gec də olsa, hər kəsin əsl simasını gördü".


Digər xəbərlər

Xəbər xətti