Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

12:23 1 Dekabr 2015

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, iki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.

 

Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edir.

 

Azərbaycan kuboku

1/8 final

2 dekabr (çərşənbə)

 

“Turan Tovuz” – “İnter” – indiyədək qarşılaşmayıblar


“Qarabağ” – “Şəmkir” – 7 oyun, +3=1-3, top fərqi 10-7

 

12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib.

 

1993   1/16 final   Qarabağ (Ağdam) - Şəmkir   5:0, 3:1

1994/95   1/16 final   Qarabağ (Ağdam) - Şəmkir   1:0, 0:0

2001/02   1/4 final   Şəmkir - Qarabağ-Azərsun (Ağdam)   2:0

2003/04   1/2 final   Qarabağ-Azərsun (Ağdam) - Şəmkir   1:2, 0:2


“Neftçala” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar


“Xəzər Lənkəran” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar


“Neftçi” – “Qaradağ Lökbatan” – 3 oyun, 3=0-0, top fərqi 10-0

 

Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar” əvvəlki 3 oyunda qol buraxmadan qalib gəlib.

 

2009/10   1/8 final   Neftçi (Bakı) - Neftçi-İSM (Bakı)   5:0, 2:0

2014/15   1/8 final   Neftçi (Bakı) - Qaradağ-Lökbatan   3:0


AZAL – “Zirə” – indiyədək qarşılaşmayıblar


03 dekabr (cümə axşamı)


“Rəvan” - “Bakı” – 3 oyun, +1=1-1, top fərqi 1-1

 

3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır.

 

2011/12   1/8 final   Bakı - Rəvan (Bakı)   0:0, p.3:2

2013/14   1/4 final   Rəvan (Bakı) - Bakı   0:1, 1:0, pen. 9:8


“Qəbələ” – “Mil-Muğan” – 1 oyun, +1=0-0, top fərqi 2-1

2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb.

 

2013/14   1/8 final   Mil-Muğan (İmişli) - Qəbələ


Xəbər xətti