"Sumqayıt"da yeni baş məşqçi - FOTO

15:02 1 Dekabr 2015

"Sumqayıt"da əvəzedici komandanın baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, Rövşən Babayev bundan sonra ikinci komandaya başçılıq edəcək.

 

Yeni baş məşqçi mövsümün sonuna qədər əvəzedici komandanı çalışdıracaq. Adıçəkilən mütəxəssisə bu işdə Asif Ramazanov kömək edəcək. Bu gün məşqdən əvvəl Babayev əvəzedici komandaya təqdim edilib, ardınca komanda onun rəhbərliyi altında ilk məşqinə çıxıb.

 

Qeyd edək ki, A kateqoriyaya sahib olan Rövşən Babayev “İnter”də akademiyanın rəhbəri vəzifəsində çalışıb. Daha sonra o, 2012-2015-ci illər ərzində “Simurq”un əvəzedici komandasının baş məşqçisi olub. Bu müddətdə Babayev Zaqatala klubunda 2 dəfə gümüş, 1-dəfə isə bürünc medallara sahib çıxıb. O, son olaraq “Rəvan”da baş məşqçi köməkçisi vəzifəsində çalışıb.


Xəbər xətti