"Xəzər Lənkəran" - "Kəpəz" matçı canlı yayımlanacaqmı?

16:33 1 Dekabr 2015

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçiriləcək "Xəzər Lənkəran" –"Kəpəz" görüşünü ancaq stadiondan izləmək mümkün olacaq.

 

Sportarena.az xəbər verir ki, CBC Sport kanalının rəsmi facebook səhifəsində yayılan məlumata görə, 3-oyun - AZAL – “Zirə”, “Neftçi” – “Qaradağ Lökbatan” və “Rəvan” – “Bakı” görüşləri bu kanaldan canlı nümayiş olunacaq. Belədə ölkənin iki ən çox azarkeşə malik olan klublarının qarşılaşması ofsayda düşmüş olur.

 

Qeyd edək ki, "Fırtınalar meydanı"nda baş tutacaq matçın “Xəzər Lənkəran” TV vasitəsi ilə yayımlanıb yayımlanmayacağı da hələ məlum deyil.


Digər xəbərlər

Xəbər xətti