"Qalatasaray"ın sabiq çalışdırıcısı "Bursaspor" yolunda

17:13 1 Dekabr 2015

"Qalatasaray"la yollarını ayıran Həmzə Həmzəoğlu "Bursaspor"u çalışdıra bilər.

 

Sportarena.az xəbər verir ki, Ərtoğrul Sağlamın gedişindən sonra Bursa təmsilçisi təcrübəli mütəxəssislə danışıqlara başlayıb və ilkin razılıq əldə edib.

 

Qeyd edək ki, Türkiyə Superliqasında bu həftə keçiriləcək "Qalatasaray" - "Bursaspor" matçından sonra Həmzəoğlunun təyinatının rəsmən açıqlanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti