"Kəpəz"də ciddi itki: "Xəzər Lənkəran"la matçı buraxacaq

21:15 1 Dekabr 2015

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la keçiriləcək səfər oyununda Şəhriyar Əliyev “Kəpəz”ə kömək edə bilməyəcək.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi zədəli olduğundan komandadan kənarda qalıb. Bu səbəbdən Şəhriyar Lənkərana da aparılmayıb.

Gəncədə Azərbaycan Premyer Liqasının XIV turunda “İnter” ilə görüşdə zədə alan arxa xətt oyunçusu dünən komanda ilə birgə məşq edib. Lakin ağrıları olduğundan vəziyyətin daha da ağırlaşmaması üçün futbolçunun kubok matçında meydana çıxmaması məsləhət görülüb.


Xəbər xətti