"Anderlext"in baş məşqçisi: "Qarabağ"dan fərqli olaraq bizim şansımız çoxdu"

11:19 2 Dekabr 2015

Avroliqanın qrup mərhələsinin son turunda “Qarabağ”la üz-üzə gələcək “Anderlext” klubunun baş məşqçisi Besnik Hasi jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qarabağ"a nisbətdə komandasının şansının yüksək olduğunu qeyd edib:
“Səfərdə “Qarabağ”a qalib gəlməli idik. Əgər, qalib gəlsəydik, növbəti mərhələyə vəsiqəni təmin etmiş olardıq.
 “Qarabağ” və “Monako”dan fərqli bizim şanslarımız daha çoxdu. Doğma meydan amilindən maksimum yararlanmalıyıq. “Qarabağ”la oyunda hər şey özümüzdən aslıdır”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı 10 dekabr Bakı vaxtı ilə 00:05-də baş tutacaq.


Xəbər xətti