Əliyar Ağayev Avropa Liqası matçında

11:48 2 Dekabr 2015

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda  “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçını idarə edəcək. 

Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, "Rapid" - "Dinamo" oyunu dekabrın 10-u keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti