"Komandalar arasında fərq böyükdür" - Nizami Sadıqov

17:10 2 Dekabr 2015

"Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür".

 

Sportarena.az xəbər verir ki, bu fikirlər "Turan Tovuz"un baş məşqçisi Nizami Sadıqova məxsusdur. Təcrübəli mütəxəssis ölkə kubokunun 1/8 final mərhələsində "İnter"ə 1:3 hesabı ilə uduzduqları oyun haqda danışıb:

 

"Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq"


Digər xəbərlər

Xəbər xətti