"Yaxşı işlər görmədik, amma döyüşdük" - Yunis Hüseynov

20:00 2 Dekabr 2015

Heyət baxımından ciddi problem yaşayan "Xəzər Lənkəran" buna rəğmən Azərbaycan Kubokunun ¼ final mərhələsində "Kəpəz"i 1-0 hesabı ilə üstələyərək, adını 1/4 finala yazdırıb. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Yunis Hüseynov qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:


"Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük".


Xəbər xətti