"Zəif oyun olmur, zəif hazırlıq olur" - Əsgər Abdullayev

20:24 2 Dekabr 2015

Əsgər Abdullayevin rəhbərlik etdiyi “Neftçi” Azərbaycan Kubokunun 1/8 final mərhələsində inamlı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, paytaxt klubu bu mərhələdə I Divizion təmsilçisi “Qaradağ Lökbatan”ı məyus etdi – 8-0.

 

Əsgər Abdullayev ("Neftçi"nin baş məşqçisi): "Zəif oyun olmur, zəif hazırlıq olur. Biz komandanı oyuna kökləyə bildik və qələbə qazandıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər".

 

Araz Əliyev ("Qaradağ Lökbatan"ın məşqçisi): “Oyun barədə artıq nəsə danışmağa ehtiyac yoxdur. "Neftçi" qələbə qazandı, onlara uğurlar arzu edirəm. "Neftçi" həmişə kubok və çempionluq üçün mübarizə aparıb”.


Digər xəbərlər

Xəbər xətti