"Futbolçularımdan narazı deyiləm" - "Şəmkir"in baş məşqçisi

21:29 2 Dekabr 2015

"Şəmkir"in baş məşqçisi Kamran Əlibabayev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib. Sportarena.az xəbər verir ki, o, rəqibi qələbə münasibəti ilə təbrik edib:

 

"Onlara uğurlar arzu edirəm. Futbolçularımdan narazı deyiləm. Bizim ilk hissədə qol vurmaq üçün şanslarımız oldu, amma bunlardan istifadə edə bilmədik”.


Digər xəbərlər

Xəbər xətti