Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

14:35 3 Dekabr 2015

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması V qrupda Avstriya, Litva, Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq.

 

Bu qrupun oyunları 2016-cı il payızında Gürcüstanda keçiriləcək.


Xəbər xətti